Maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət işçi qrupunun Fəaliyyət Planının tələblərinə əsasən təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində Rəqabət Məcəlləsində nəzərdə tutulan tələblərə dair təbii inhisar subyektlərinin nümayəndələri ilə maarifləndirici görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüşdə neft və neft məhsulları, təbii qaz, elektrik və istilik enerjisi, su təchizatı, nəqliyyat (magistral və ümumi əhəmiyyətli avtomobil yolları, dəmir yolu, aeroport, metro), telekommunikasiya sahələrində fəaliyyət göstərən təbii inhisar subyektlərinin nümayəndələri iştirak edib.
Görüş zamanı Agentliyin Təbii inhisarlara dövlət nəzarəti şöbəsinin müdiri Şəmsi Rzalı “Təbii inhisar subyektlərinin razılıq hərəkətləri üzərində nəzarətin həyata keçirilməsi qaydaları” mövzusunda təqdimatla çıxış edib. İştirakçılara təbii inhisar sahəsində rəqabət siyasətinin prinsipləri, rəqabət orqanı tərəfindən təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarəti və bu sahədə tətbiq edilən tənzimləmə üsulları barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, təbii inhisar subyektləri Məcəllənin müvafiq maddələrində qeyd edilən hərəkətlərin edilməsinə razılıq almaq üçün rəqabət orqanına müraciət etməlidirlər. Razılıq hərəkətləri ilə bağlı müraciətlərə baxılması prosesi də iştirakçıların diqqətinə çatdırılıb.
Sonda təbii inhisar fəaliyyətinin səmərəli təşkili məqsədilə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Auditorlar Palatasının 30 illik yubileyi münasibətilə fərdi jurnalist yazı və “Ən yaxşı auditor assistenti və mütəxəssisi”, “Ən yaxşı gənc auditor” müsabiqələrinin iştirakçıları mükafatlandırılıb FOTOLAR
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar