İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 1 müəssisə və 12 nəqliyyat vasitəsi özəlləşdirilib.
“İki sahil” quruma istinadla xəbər verir ki, hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 35 sifariş qəbul edilib. Bunlardan 12-si onlayn qaydada həyata keçirilib.
Hərracda özəlləşdirilən müəssisə - əvvəllər kərpic zavodu kimi fəaliyyət göstərmiş obyekt Şəki rayonunun Daşüz kəndində yerləşir. Sahəsi 14 900 kvadratmetr, torpaq sahəsi 85 368 kvadratmetr olan əmlak 1 milyon manata satılıb.
Hərracda satılan dövlət əmlakının siyahısı ilə https://shorturl.at/NyeTm linki vasitəsilə tanış olmaq mümkündür.
Növbəti hərraclar 12 və 19 avqust tarixlərində keçiriləcək. Hərraca çıxarılan əmlak siyahısı ilə https://shorturl.at/coCpP linki vasitəsilə tanış olmaq mümkündür.
Hərraclarda iştirak etmək istəyən şəxslər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet səhifələri vasitəsilə hərraca çıxarılan əmlak üzrə seçim edə bilərlər.
Auditorlar Palatasının 30 illik yubileyi münasibətilə fərdi jurnalist yazı və “Ən yaxşı auditor assistenti və mütəxəssisi”, “Ən yaxşı gənc auditor” müsabiqələrinin iştirakçıları mükafatlandırılıb FOTOLAR
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar