Ukraynanın aparıcı media subyektlərində Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına (ABŞ) işgüzar səfərinə dair məqalələr dərc edilib.
“İki sahil” xəbər verir ki, “Ukrinform”, “UNİAN”, “RBK-Ukrayna”, “İnterfaks-Ukrayna”, “Gordon” və digər informasiya agentliklərində və xəbər portallarında dərc olunan məqalələrdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidentinin və Ermənistanın Baş nazirinin görüşəcəyi qeyd olunub.
“Tramp Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı Ağ evdə qəbul etməyi səbirsizliklə gözlədiyini bildirib. Onun sözlərinə görə, Ağ evdə sülhə dair sənədin imzalanma mərasimi olacaq”, - deyə məqalələrdə vurğulanıb.
Həmçinin qeyd edilib ki, ABŞ iqtisadi imkanlardan birgə istifadə etmək və Cənubi Qafqaz regionunun potensialını açmaq üçün hər iki ölkə ilə ikitərəfli sazişlər imzalayacaq.
"Sülh Körpüsü" Təşəbbüsü Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib
Media və Yayım Şurasında Ferhat Pirinççinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı”nın məbləğini Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
Nazirlər Kabineti elektron ticarətlə məşğul olan xarici şirkətlərə dair qaydanı dəyişdirib