Almaniyanın bir sıra nüfuzlu media orqanlarının saytında Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın dəvəti əsasında Vaşinqtonda keçiriləcək görüşü barədə məqalələr yayımlanıb.
“İki sahil” xəbər verir ki, “Spiegel”, “Zeit”, “Tagesschau”, “Berliner Zeitung” və digər media qurumlarında yayımlanan xəbərlərdə Prezident Donald Trampın münaqişənin həlli məqsədilə yeni təşəbbüslə çıxış etdiyi və hər iki ölkənin liderlərini Ağ evdə keçiriləcək Sülh Sammitinə dəvət etdiyi qeyd olunub. Donald Trampın “Truth Social” platformasında etdiyi paylaşıma istinad edilərək, Vaşinqton görüşü iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində mühüm mərhələ kimi dəyərləndirilib. Bu görüşün regionda sülhə, rifaha və iqtisadi əməkdaşlığa mühüm töhfə verəcəyi qeyd olunub.
Xəbərlərdə sülh danışıqları ilə yanaşı, Birləşmiş Ştatların Ermənistan və Azərbaycan ilə iqtisadiyönümlü ikitərəfli razılaşmalar imzalamaq niyyətində olduğu da xüsusi vurğulanıb. Planlaşdırılan razılaşmalar arasında Ermənistan ərazisində dəhlizin çəkilməsi məsələsinin də diqqət mərkəzində olacağı qeyd edilib. Bu dəhlizin gələcəkdə yük və sərnişin daşımalarını təmin etmək məqsədilə dəmir yolu, neft və qaz boru kəmərləri, eləcə də optik internet xətlərini əhatə edəcəyi diqqətə çatdırılıb.
Məqalələrdə münaqişənin tarixi, eləcə də sülh danışıqları barədə məlumat verilib, martda iki ölkə arasında sülh sazişi ilə bağlı razılığın əldə olunmasının əhəmiyyətinə toxunulub, həmçinin bu ilin iyulunda Prezident İlham Əliyevin və Baş nazir Nikol Paşinyanın Əbu-Dabidə keçirilmiş görüşü barədə məlumat verilib.
"Sülh Körpüsü" Təşəbbüsü Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib
Media və Yayım Şurasında Ferhat Pirinççinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı”nın məbləğini Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
Nazirlər Kabineti elektron ticarətlə məşğul olan xarici şirkətlərə dair qaydanı dəyişdirib