Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Ağ Evdə görüşləri olacaq.
“İki sahil” xəbər verir ki, Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampla görüşü yerli vaxtla saat 15:20-də (Bakı vaxtı ilə 23:20) nəzərdə tutulub.
Yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə 00:00) ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın görüşü keçiriləcək.
ABŞ Prezidenti ötən gün “Truth” hesabında bu görüşü Sülh Sammiti adlandırıb və səbirsizliklə gözlədiyini bildirib. O həmçinin bu günü Azərbaycan, Ermənistan, ABŞ və bütün dünya üçün tarixi gün kimi dəyərləndirib.
Azərbaycan Prezidentinin görüşlərini aşağıdakı keçidlərdən canlı izləmək olar:
https://youtube.com/@whitehouse?si=xPOdX0lCjaZzBAii
https://x.com/whitehouse
"Sülh Körpüsü" Təşəbbüsü Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib
Media və Yayım Şurasında Ferhat Pirinççinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı”nın məbləğini Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
Nazirlər Kabineti elektron ticarətlə məşğul olan xarici şirkətlərə dair qaydanı dəyişdirib