“Biz Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olması istiqamətində əldə edilən irəliləyişdən və bu gün Vaşinqtonda bununla bağlı ifadə olunan iradədən məmnunuq”.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ lideri Donald Tramp və Ermənistan baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda əldə olunan üçtərəfli razılaşmalarla bağlı "X"dəki səhifəsində yazılıb.
"Qlobal gərginlik və böhranların getdikcə artdığı bu dönəmdə atılan bu addım regional sülh və sabitliyin təmin olunması baxımından son dərəcə əhəmiyyətlidir. ABŞ hakimiyyətini prosesə verdiyi dəstəyə görə təqdir edirik. Cənubi Qafqazda hüzur və rifahın təmin olunması üçün tarixi fürsət əldə olunub. Türkiyə olaraq bu fürsətin reallaşması üçün ortaya qoyulan səylərə töhfə verməyə davam edəcək və can Azərbaycanın məhsuldar səylərini dəstəkləyəcəyik", - paylaşımda qeyd olunur.
"Sülh Körpüsü" Təşəbbüsü Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib
Media və Yayım Şurasında Ferhat Pirinççinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı”nın məbləğini Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
Nazirlər Kabineti elektron ticarətlə məşğul olan xarici şirkətlərə dair qaydanı dəyişdirib