ABŞ Azərbaycan və Ermənistanı tarixi sülh sazişinin əldə olunması münasibətilə təbrik edir.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
"ABŞ Prezidenti Donald Trampın rəhbərliyi altında Azərbaycan və Ermənistan liderləri (İlham Əliyev və Nikol Paşinyan - red.) onilliklərlə davam edən münaqişələrə son qoyacaq sülh sazişi bağlamaq barədə razılığa gəliblər. Bu tarixi saziş regionu gücləndirəcək, Amerika ticarəti və investisiyaları üçün yeni qapılar açacaq. Hər iki ölkəni yeni sülh dövrünün başlanması münasibətilə təbrik edirik", - Rubio qeyd edib.
"Sülh Körpüsü" Təşəbbüsü Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib
Media və Yayım Şurasında Ferhat Pirinççinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı”nın məbləğini Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
Nazirlər Kabineti elektron ticarətlə məşğul olan xarici şirkətlərə dair qaydanı dəyişdirib