“Mən Ermənistan və Azərbaycan liderlərinin Vaşinqtonda bir araya gəldiyini görməkdən çox məmnunam”.
“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqıamasında ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri, “Juno Global Strategies” mərkəzinin prezidenti Ceyms Uorlik deyib. O, görüşü tarixi tarixi fürsət adlandırıb.
“Bu, prosesin mühüm başlanğıcıdır və ümid edirik ki, bu, regiona sülh və firavanlıq gətirəcək”, - deyə amerikalı ekspert bildirib.
Ceyms Uorlik eyni zamanda ABŞ və Azərbaycan arasında çoxillik müsbət əlaqələrin olduğunu deyib.
“Biz beynəlxalq terrorizm, İran məsələsi, enerji təhlükəsizliyi problemi və digər məsələlərdə əməkdaşlıq etmişik. Azərbaycan və Ermənistanla sülh və təhlükəsizlik məsələlərində də birgə işləmişik və mən bunu gələcəkdə də davam etdirəcəyimizi görməkdən məmnunam”, - deyə Uorlik əlavə edib.
"Sülh Körpüsü" Təşəbbüsü Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib
Media və Yayım Şurasında Ferhat Pirinççinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı”nın məbləğini Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
Nazirlər Kabineti elektron ticarətlə məşğul olan xarici şirkətlərə dair qaydanı dəyişdirib