Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış sülh razılaşması tarixi əhəmiyyətli nailiyyətdir.
“İki sahil” xəbər verir ki, bunu həmin ölkənin Qazaxıstan lideri Kasım-Jomart Tokayev deyib.
Onun sözlərinə görə, sənəd iki dövlət arasında uzunmüddətli hərbi münaqişəyə son qoyub, onlar arasında diplomatik münasibətlərin qurulmasına və davamlı sülhə əsaslanan əməkdaşlığın inkişafına yol açıb.
Qazaxıstan Prezidenti vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında unikal sazişin imzalanması iki ölkənin liderlərini tam siyasi iradə və strateji uzaqgörənlik nümayiş etdirməyə inandıra bilən ABŞ Prezidenti Donald Trampın enerjili və səmərəli vasitəçilik missiyası sayəsində mümkün olub.
“Prezident Kasım-Jomart Tokayev qeyd edib ki, Qazaxıstan da sülh müqaviləsinin əsas parametrləri üzrə xarici işlər nazirləri səviyyəsində danışıqların yeri kimi Almatı şəhərini təklif etməklə Azərbaycan və Ermənistan arasında belə mühüm razılaşmaların əldə olunmasına öz töhfəsini verib”, - Kazaxıstan Prezidentinin mətbuat katibi Ruslan Jeldibay qeyd edib.
"Sülh Körpüsü" Təşəbbüsü Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib
Media və Yayım Şurasında Ferhat Pirinççinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı”nın məbləğini Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
Nazirlər Kabineti elektron ticarətlə məşğul olan xarici şirkətlərə dair qaydanı dəyişdirib