Avstriyanın aparıcı media orqanları Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ABŞ Prezidenti Donald Trampın iştirakı ilə avqustun 8-də Vaşinqtonda keçirilən görüş və əldə edilən razılaşmalara geniş diqqət ayırıb.
“İki sahil” xəbər verir ki, Avstriya Teleradiosu (ORF), eləcə də “Die Presse“, “Heute“ “Der Standard“ kimi gündəlik qəzetlər Cənubi Qafqazda davamlı sülh üçün mühüm addım atıldığını və ABŞ vasitəçiliyi ilə tərəflərin sülh sazişi istiqamətində sənəd imzaladıqlarından bəhs ediblər. Qeyd olunur ki, Azərbaycanı Naxçıvanla birləşdirəcək və Ermənistan ərazisindən keçəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu“nu (TRİPP) reallaşması da razılaşmaların tərkib hissəsidir.
Məqalələrdə D.Trampın Birgə Bəyannamənin imzalanmasından sonra tərəflərin hərbi əməliyyatlara həmişəlik son qoymalarına dair öhdəlik götürmələri, ticarət, nəqliyyat və diplomatik münasibətləri bərpa etmək, suverenlik və ərazi bütövlüyünü tanıyacaqlarına dair bəyanatına da yer verilib.
“Die Presse“ qəzeti isə Donald Trampın növbəti sülh razılaşmasında vasitəçilik edərək, Nobel Sülh Mükafatına doğru daha bir addım atdığını yazıb.
Eyni zamanda, məqalələrdə qeyd edilib ki, hər iki dövlət başçısı ABŞ liderinin bu mükafat üçün namizədliyini irəli sürəcəklərini də elan ediblər.
Məqalələrdə, həmçinin qeyd edilir ki, Sülh Sammiti çərçivəsində ABŞ ilə hər iki ölkə arasında ayrı-ayrılıqda enerji, ticarət və texnologiyalar üzrə memorandumlar imzalanıb. ABŞ və Azərbaycan arasında hərbi əməkdaşlıqla bağlı məhdudiyyətlər isə ləğv edilib.
"Sülh Körpüsü" Təşəbbüsü Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib
Media və Yayım Şurasında Ferhat Pirinççinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı”nın məbləğini Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
Nazirlər Kabineti elektron ticarətlə məşğul olan xarici şirkətlərə dair qaydanı dəyişdirib