Gürcüstanın nüfuzlu media orqanları Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda keçirilən görüşü və əldə olunan mühüm razılaşmaya geniş diqqət yetirib.
“İki sahil” xəbər verir ki, “imedinews.ge, “interpressnews.ge”, “resonancedaily.com”, “aktual.ge”, “for.ge”, “netgazeti.ge”, “tabula.ge”, “info9.ge”, “news.ge”, “newposts.ge”, “interpress.ge”, “24news.ge”, “qafqazturk.com” informasiya portalları, “1tv.ge” televiziya kanalı avqustun 9-da silsilə materiallar yayıblar.
Xəbər materiallarında xüsusi diqqət Azərbaycan ilə Ermənistan arasında münaqişənin həlli ilə bağlı bəyannamənin əhəmiyyətinə verilib.
Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Birgə Bəyannaməni imzalamalarının çoxillik münaqişəyə son qoyulması və regionda əməkdaşlıq üçün yeni imkanlar açdığı qeyd edilib. Bu baxımdan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi ilə Azərbaycanın əsas ərazisindən Naxçıvan Muxtar Respublikasına maneəsiz giriş imkanının yaradılmasının razılaşdırıldığı vurğulanıb. Bununla yanaşı, hər iki ölkənin ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciət etdikləri, bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqini təsdiq etdikləri bildirilib.
Qonşu ölkənin mediası Donald Trampın görüşdən və imzalanma mərasimindən sonra səsləndirdiyi fikirlərə də xüsusi yer ayırıb.
Xəbərlərdə Azərbaycan Prezidenti İlham Əliyevin görüşdən sonrakı bəyanatı da yer alıb.
“Qayıdış hüququ və öz müqəddəratını təyinetmə” konfransının iştirakçıları ABŞ Konqresinə müraciət ünvanlayıblar
İnsan hüquqları komitəsində kibertəhlükəsizlik və rəqəmsal qanunvericiliklə bağlı mühüm dəyişikliklər nəzərdən keçirilib
“Sikh Federation International”: Bu gün Hindistan öz sərhədləri daxilində yaşayan xalqların öz müqəddəratını təyinetmə hüququnu tanımır