Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Vaşinqtonda Ermənistanla əldə olunan sülh razılaşması ilə əlaqədar Azərbaycanı təbrik edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Report"a səfirlikdən verilən məlumatda qeyd olunub.
"Azərbaycan və Ermənistan arasında əldə olunan tarixi razılaşmalar münasibətilə təbrik edirəm! Əminəm ki, Cənubi Qafqazda sülh və əməkdaşlığın yeni bir dövrü başlayır. Ümid edirəm ki, yolların açılması, nəqliyyat və logistika, kommunikasiya, ticarət, energetika sahələrində əməkdaşlıq təkcə Cənubi Qafqaz üçün deyil, həm də Mərkəzi Asiyanın sabitliyi və rifahına böyük töhfə verəcək. Prezident Tokayevin təşəbbüsü ilə Qazaxıstanın da sülh prosesində iştirak etməsi bizim üçün qürur mənbəyidir. Biz həmişə tarixi ədaləti və qarşılıqlı hörməti dəstəkləyirik", - səfir vurğulayıb.
"Sülh Körpüsü" Təşəbbüsü Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib
Media və Yayım Şurasında Ferhat Pirinççinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı”nın məbləğini Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
Nazirlər Kabineti elektron ticarətlə məşğul olan xarici şirkətlərə dair qaydanı dəyişdirib