Müqəddəs Taxt-Tacın informasiya resursları Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqtondakı görüşünü diqqətdə saxlayıb.
“İki sahil” xəbər verir ki, Vatikanın yeganə rəsmi mətbuat orqanı olan “L’Osservatore Romano” qəzetinin yazısında üç ölkə liderinin Ağ Evdə Azərbaycan Prezidentinin və Ermənistanın Baş nazirinin Vaşinqtondakı görüşünə dair Birgə Bəyannamə imzaladıqları bildirilir.
“Catholic News Agency” isə yaydığı materialda görüşün əhəmiyyətini vurğulayıb, Prezident İlham Əliyevin sülh sammitinin Azərbaycan və Ermənistan arasında tarixi xarakter daşıdığını qeyd etdiyi bildirilib. Eyni zamanda, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun tamamlanması və icra olunmasının əhəmiyyətinə diqqət yetirilib.
İtaliyanın katolik icmasına məxsus olan “Faro di Roma” qəzeti də Birgə Bəyannaməni uzun illərdir müharibə aparan və minlərlə insanın ölümü ilə nəticələnən iki xalq arasında tarixi sülh sazişi kimi qiymətləndirib.
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib