10 avqust 2025 16:23
99

Tramp Venslə Rubio arasında prezidentlik uğrunda rəqabəti qızışdırır?

ABŞ Prezidenti Donald Tramp 2028-ci ildə keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasından öz xələfini açıqlamağa tələsmir.

“İki sahil” xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrinə istinadən məlumat yayıb.

"Tramp bu vəzifəyə və onun təsdiqinə iddalı bir çox respublikaçı olduğunu nəzərə alaraq xələfini seçmək üçün tələsmir. O hesab edir ki, respublikaçıların növbəti lideri bu vəzifəyə layiq olmalıdır"

Nəşr onu da yazıb ki, Ağ Ev rəhbəri siyasi karyerasının sonu barədə düşünməyi sevmir və iddialı respublikaçıların onun təsdiqi uğrunda mübarizəsini izləməyə üstünlük verir.

Xüsusilə qeyd olunub ki, Tramp öz varisi vəzifəsi uğrunda vitse-prezident Ceyms Devid Vensi və dövlət katibi Marko Rubio arasında rəqabəti qızışdırır.