Azərbaycan NATO ilə tərəfdaşlığa sadiq qalır.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın alyansdakı nümayəndəliyinin "X" hesabındakı paylaşımda deyilir.
"Azərbaycan Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində beynəlxalq sülh və təhlükəsizliyə töhfə verməkdə qərarlıdır", - paylaşımda bildirilib.
Həmçinin Azərbaycanla Ermənistan arasında avqustun 8-də Vaşinqtonda əldə edilən razılıqlarla bağlı təbrikinə görə NATO Baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisi Boris Rugeyə təşəkkür edilib.
Qeyd edək ki, B.Ruge bu gün NATO Baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisi Boris Ruge Azərbaycanın və Ermənistanın alyansdakı nümayəndələri ilə görüşüb. Onlar ABŞ-də əldə olunan razılaşmaları müzakirə ediblər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - YENİLƏNİB/FOTO
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər