İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-iyul ayları ərzində daşınmaz əmlak üzərində 204.494 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. Qeydiyyata alınan mülkiyyət hüququnun 37.588-i (18,4 %) ilkin, 166.906-si (81,6 %) isə təkrar qeydiyyatın payına düşür.
Mülkiyyət hüquqlarının əmlaklar üzrə statistikası
2025-ci ilin yanvar-iyul ayları ərzində fərdi yaşayış və bağ evi üzərində – 37.904, mənzil – 52.196, torpaq sahəsi – 106.814, qeyri-yaşayış binası – 1.736, qeyri-yaşayış sahəsi – 5.340, əmlak kompleksi – 417, çoxmərtəbəli yaşayış binası – 84 və çoxillik əkmələr üzərində – 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 56.114-ü Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.
Texniki pasport və ipoteka müqavilələrinin sayı
Bu ilin yanvar-iyul ayları ərzində 145.642 texniki pasport tərtib edilib, 34.196 ipoteka müqaviləsi qeydiyyata alınıb.
Auditorlar Palatasının 30 illik yubileyi münasibətilə fərdi jurnalist yazı və “Ən yaxşı auditor assistenti və mütəxəssisi”, “Ən yaxşı gənc auditor” müsabiqələrinin iştirakçıları mükafatlandırılıb FOTOLAR
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar