Azərbaycanla Ermənistan arasında razılaşma regionda davamlı sülh, sabitlik və rifah dövrünün başlanğıcı olacaq.
“İki sahil” Pakistan KİV-inə istinadla xəbər verir ki, bunu Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycanın bu ölkədəki səfiri Xəzər Fərhadovu qəbul edərkən deyib.
Görüş çərçivəsində Pakistanın Azərbaycanla qarşılıqlı etimad, ortaq dəyərlər və maraqlar əsasında qurulan qardaşlıq münasibətlərini daha da dərinləşdirilməsi müzakirə olunub.
Pakistan Prezidenti qeyd edib ki, rəsmi İslamabad Azərbaycanı əsas tərəfdaş kimi görür və ikitərəfli əməkdaşlığı, xüsusilə ticarət, iqtisadiyyat və nəqliyyat sahələrində genişləndirmək niyyətindədir.
"Genişlənmiş ticarət əlaqələri, investisiya tərəfdaşlığı və regional nəqliyyatın yaxşılaşdırılması iki ölkəni bir-birinə daha da yaxınlaşdıracaq və ortaq rifaha töhfə verəcək".
Asif Əli Zərdari həmçinin vurğulayıb ki, Pakistan münaqişələrin qarşılıqlı anlaşma və hörmət əsasında dialoq və dinc yolla həllinə inanır.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - YENİLƏNİB/FOTO
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər