Prezident İlham Əliyev “Tovuz rayonunun Çatax kəndini Gədəbəy rayonunun Novosaratovka kəndi ilə birləşdirən Çatax‒Çeşməli‒Mollalar‒Məşədivəlilər‒Həsənli‒Abbasqulular‒Papaqçılar‒Güvəndik‒Lazılar‒Novosaratovka avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
“İki sahil” xəbər verir ki, Sərəncama əsasən, 21 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Çatax‒Çeşməli‒Mollalar‒Məşədivəlilər‒Həsənli‒Abbasqulular‒Papaqçılar‒Güvəndik‒Lazılar ‒Novosaratovka avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Auditorlar Palatasının 30 illik yubileyi münasibətilə fərdi jurnalist yazı və “Ən yaxşı auditor assistenti və mütəxəssisi”, “Ən yaxşı gənc auditor” müsabiqələrinin iştirakçıları mükafatlandırılıb FOTOLAR
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar