Bu ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracının dəyəri 2 milyard dolları ötüb.
“İki sahil” xəbər verir ki, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-dan bildirilib ki, 2025-ci ilin ilk yeddi ayında Azərbaycanın qeyri-neft ixracı 2 milyard 087,9 milyon dollar təşkil edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 11 faiz çoxdur.
Cari ilin təkcə iyul ayında qeyri-neft məhsullarının ixracının dəyəri 333,9 milyon dollar olub. Bu göstərici illik ifadədə 20 faiz artıb.
Auditorlar Palatasının 30 illik yubileyi münasibətilə fərdi jurnalist yazı və “Ən yaxşı auditor assistenti və mütəxəssisi”, “Ən yaxşı gənc auditor” müsabiqələrinin iştirakçıları mükafatlandırılıb FOTOLAR
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar