Oktyabrın 21-də və 28-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət mülkiyyətində olan avtomobillərin satışı ilə bağlı hərrac keçirəcək.
“İki sahil” bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, hərraclar Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq.
1-ci hərraca ümumi dəyəri 32 min 750 manat olan 5 nəqliyyat vasitəsi, 2-ci hərraca isə ümumi dəyəri 174 min 050 manat olan 68 nəqliyyat vasitəsi çıxarılacaq.
Beləliklə, ümumilikdə 73 avtomobilin yeni sahibi müəyyən oluna bilər.
Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.
Auditorlar Palatasının 30 illik yubileyi münasibətilə fərdi jurnalist yazı və “Ən yaxşı auditor assistenti və mütəxəssisi”, “Ən yaxşı gənc auditor” müsabiqələrinin iştirakçıları mükafatlandırılıb FOTOLAR
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar