Qazaxıstan 2035-ci ilə qədər dəmir yolu ilə tranzit yük daşımalarının həcminin 100 milyon tona qədər artacağını proqnozlaşdırır.
“İki sahil” xəbər verir ki, bunu ölkənin nəqliyyat naziri Nurlan Sauranbayev hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, bu il tranzit yükdaşımaların həcmi 33 milyon tona çatacaq ki, bu da ötənilki göstəricini (27,4 milyon ton) əhəmiyyətli dərəcədə üstələyəcək.
"Gələn il bu göstərici 54 milyon tondan çox olmalıdır. 2029-cu ilin sonuna qədər isə tranzit yükdaşımaların həcminin 67 milyon tona çatdırılması planlaşdırılır", - N.Sauranbayev vurğulayıb.
Qazaxıstanın istismarda olan magistral dəmir yolu şəbəkəsinin ümumi uzunluğu 16 min kilometrdir.
Ölkə ərazisindən 5 beynəlxalq dəmir yolu dəhlizi keçir.
Auditorlar Palatasının 30 illik yubileyi münasibətilə fərdi jurnalist yazı və “Ən yaxşı auditor assistenti və mütəxəssisi”, “Ən yaxşı gənc auditor” müsabiqələrinin iştirakçıları mükafatlandırılıb FOTOLAR
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar