Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev Keniyanın Torpaq, ictimai işlər, mənzil və şəhərsalma naziri Elis Vahome ilə iki ölkə arasında əməkdaşlıq perspektivlərini müzakirə edib.
Səfirliyikdən “İki sahil”ə verilən məlumata görə, görüş zamanı əlçatan mənzil təminatı sahəsində Keniyanın Afrika qitəsi üzrə aparıcı təcrübəsi, dayanıqlı şəhərsalma və iqlim dəyişikliyi mövzularının Afrika ölkələri üçün mühüm mövzulardan olduğu qeyd edilib.
Azərbaycanın BMT-in Məskunlaşma Proqramı (UN-Habitat) ilə birgə 2026-cı ildə Bakı şəhərində ev sahibliyi edəcəyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasında (WUF13) yuxarıda qeyd edilmiş mövzuların müzakirə ediləcəyi və əlaqədar hazırlıq proseslərində Keniya və Azərbaycan arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Bu müstəvidə E.Vahome WUF13-ün Milli Koordinatoru, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri cənab Anar Quliyevlə keçirilmiş görüşlərə istinad edib.
Nazir və səfir sahə üzrə birgə səylərin böyük potensialını vurğulayaraq onların, eyni zamanda, digər Afrika ölkələrinin WUF13-də fəal iştirakına təkan verə biləcəyi ilə bağlı həmfikir olduqlarını, bu istiqamətdə praktiki işlərin davam edilməsinin əhəmiyyətini qeyd ediblər.
Səfir nazirə 2025-ci il oktyabrın 15-17-də Xankəndi və Bakı şəhərlərində keçiriləcək 3-cü Azərbaycan Şəhərsalma Forumunun əhəmiyyəti haqqında da məlumat verib və onu tədbirə dəvət edib.
“Qayıdış hüququ və öz müqəddəratını təyinetmə” konfransının iştirakçıları ABŞ Konqresinə müraciət ünvanlayıblar
İnsan hüquqları komitəsində kibertəhlükəsizlik və rəqəmsal qanunvericiliklə bağlı mühüm dəyişikliklər nəzərdən keçirilib
“Sikh Federation International”: Bu gün Hindistan öz sərhədləri daxilində yaşayan xalqların öz müqəddəratını təyinetmə hüququnu tanımır