Donald Tramp administrasiyası Intel-in nizamnamə kapitalının 10%-ni almaq imkanını nəzərdən keçirir.
“İki sahil” xəbər verir ki, bu barədə Bloomberg öz mənbələrinə istinadla məlumat yayıb. Intel-in səhmlərinin hazırkı bazar dəyərinə görə, 10% pay təxminən 10,5 milyard dollar dəyərində qiymətləndirilir.
Müqavilə Intel-in hökumət qarşısında borc öhdəliklərinin səhmlərə çevrilməsi kimi rəsmiləşdirilə bilər.
Intel artıq bir neçə ildir ki, ciddi maliyyə problemləri yaşayır. Ötən ay istehsalçı rüb üçün itkilərin demək olar ki, iki dəfə artdığını bildirib - 1,6 milyard dollardan 2,9 milyard dollara. Eyni zamanda, şirkət 2024-cü illə müqayisədə işçilərin sayının demək olar ki, üçdə birinə ixtisar edildiyini açıqlayıb.
Auditorlar Palatasının 30 illik yubileyi münasibətilə fərdi jurnalist yazı və “Ən yaxşı auditor assistenti və mütəxəssisi”, “Ən yaxşı gənc auditor” müsabiqələrinin iştirakçıları mükafatlandırılıb FOTOLAR
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar