Ağ Evin sözçüsü Karolin Leavit özünün “X” hesabında Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahimin “Washington Examine”-ə verdiyi müsahibəni paylaşıb.
“İki sahil” xəbər verir ki, Xəzər İbrahim “Washington Examiner”-ə verdiyi müsahibədə ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında böyük rol oynadığını bildirib.
Azərbaycan səfiri Prezident Trampı əsl lider və əsl sülhməramlı adlandırıb. Onun Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının paraflanmasında böyük xidmətləri olduğunu söyləyib.
Səfir bildirib ki, Tramp prezident seçildikdən sonra meydana sülh gətirmək istəyən bir dünya lideri çıxıb.
“Bakı və İrəvan üç ilə yaxındır ki, sülh sazişi istiqamətində çox səmərəli iş görüblər. Lakin sülh sazişinin bağlanması üçün kömək edə biləcək dünya lideri lazım idi. Altı ay əvvəl, Tramp prezident seçildikdən sonra sülh gətirmək istəyən bir dünya lideri meydana çıxdı”, - deyə səfir bildirib.
“Qayıdış hüququ və öz müqəddəratını təyinetmə” konfransının iştirakçıları ABŞ Konqresinə müraciət ünvanlayıblar
İnsan hüquqları komitəsində kibertəhlükəsizlik və rəqəmsal qanunvericiliklə bağlı mühüm dəyişikliklər nəzərdən keçirilib
“Sikh Federation International”: Bu gün Hindistan öz sərhədləri daxilində yaşayan xalqların öz müqəddəratını təyinetmə hüququnu tanımır