Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi yeni elektriklə işləyən avtobuslar sifariş edəcək.
“İki sahil” xəbər verir ki, 20-25 nəfər üçün nəzərdə tutulan sözügedən nəqliyyat vasitəsindən ümumilikdə 20 ədəd alınması planlaşdırılıb.
Nəqliyyat vasitələrinin 2024-2025-ci il istehsallı olması isə əsas şərtlərdəndir.
Belə ki, agentlik artıq bununla bağlı müvafiq işlərə başlayıb.
Eyni zamanda agentlik avtobusların satınalınmasının 4,9 milyon manata başa gələcəyini proqonozlaşdırıb.
Auditorlar Palatasının 30 illik yubileyi münasibətilə fərdi jurnalist yazı və “Ən yaxşı auditor assistenti və mütəxəssisi”, “Ən yaxşı gənc auditor” müsabiqələrinin iştirakçıları mükafatlandırılıb FOTOLAR
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar