Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İspaniyanın xarici işlər, Avropa İttifaqı və əməkdaşlıq naziri Xose Manuel Albares Bueno ilə Azərbaycan-Avropa İttifaqı (Aİ) münasibətlərini müzakirə edib.
“İki sahil” xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, İspaniyanın XİN başçısı Azərbaycan Prezidentinin ABŞ-yə səfəri zamanı keçirilmiş Zirvə görüşü çərçivəsində Azərbaycan-Ermənistan normallaşma prosesində nailiyyətlər münasibətilə təbriklərini çatdırıb.
Telefon danışığı zamanı, eyni zamanda, Azərbaycan-İspaniya və Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə olunub. İqtisadi-ticarət, energetika, turizm, humanitar və təhsil sahələrində əməkdaşlığın əhəmiyyəti vurğulanıb. İspaniyanın Baş nazirinin COP29 çərçivəsində Azərbaycana səfəri məmnunluqla xatırlanıb.
2024-cü ildə Xarici İşlər nazirlikləri arasında təşkil olunmuş siyasi məsləhətləşmələrin davamı olaraq yaxın vaxtlarda Bakıda keçiriləcək növbəti siyasi məsləhətləşmələrə hazırlıq işləri görüldüyü bildirilib.
Telefon danışığında həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - YENİLƏNİB/FOTO
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər