Avqustun 20-də Azərbaycanın Dominikan Respublikasındakı səfiri Ruslan Rzayev etimadnaməsini Dominikan Respublikasının Prezidenti Luis Abinaderə təqdim edib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Dominikandakı səfirliyi məlumat yayıb.
Dominikan Respublikasının Prezidenti ilə söhbət zamanı səfir R.Rzayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Dominikan Respublikasının Prezidenti Luis Abinaderə çatdırıb.
Dövlət başçısının salamlarına görə minnətdarlığını bildirən Dominikan Respublikasının Prezidenti, öz növbəsində, onun da salamlarını Azərbaycan Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.
Görüş əsnasında iki ölkə arasında müxtəlif istiqamətlərdə əlaqələrin inkişafı üçün geniş imkanların mövcud olduğu vurğulanıb, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd edilib, həmçinin qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - YENİLƏNİB/FOTO
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər