22 avqust 2025 17:17
111

Dövlətimiz hər zaman şəhid ailələrinin və qazilərin yanındadır - Vüqar Rəhimzadə

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev hər zaman şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərir, onların problemləri ilə maraqlanır. Dövlətimiz hər zaman şəhid ailələrinin və qazilərin yanındadır, onlara hərtərəfli dəstək verilir. Azərbaycan ictimaiyyəti də bu proseslərdə öz vətəndaşlıq missiyasını yerinə yetirməlidir.

“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

Deputat vurğulayıb ki, bu gün Naxçıvanda “Xüsusi Təyinatlı Qüvvələr veteranları və şəhid ailələri ilə işin gücləndirilməsi” adlı layihənin icrasına başlanılıb. Layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. “Bu tədbirlər şəhid ailələrinin, qazilərin və ümumilikdə cəmiyyətin diqqət mərkəzindədir. Tədbirdə Türkiyədən gələn şəhid ailələrinin və qazilərin iştirakı iki qardaş dövlət arasında həmrəyliyin və birliyin bariz nümunəsidir”, - deyə o diqqətə çatdırıb.