Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü təşəbbüslər Asiya ölkələrində də təqdir edilir.
“İki sahil” xəbər verir ki, bunu “Report”un Türkiyə bürosuna açıqlamasında Banqladeşin iqamətgahı Ankarada olan Azərbaycan, Gürcüstan və Türkmənistan üzrə qeyri-rezident səfiri Amanul Haq deyib.
Azərbaycanın Asiya ölkələri ilə optimal siyasət yürütdüyünü müşahidə etdiyini vurğulayan səfir BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən tədbirlərdə də bunun şahidi olduğunu qeyd edib:
“Azərbaycanın Asiya ölkələri ilə bağlı siyasəti günü-gündən genişlənir. Prezident İlham Əliyevin bu istiqamətdə irəli sürdüyü təşəbbüslər qitə dövlətlərində çox müsbət qarşılanır”.
Diplomat sonda Banqladeş-Azərbaycan əlaqələrinin yüksək səviyyəyə çatdırıldığını deyərək ikitərəfli münasibətlərin daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - YENİLƏNİB/FOTO
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər