Bu ilin yanvar-iyul aylarında Azərbaycanda dəmiryolu nəqliyyatı ilə 1 milyard 766 milyon 642,68 min ABŞ dolları dəyərində 4 milyon 81 min 101,41 ton yük daşınıb.
“İki sahil” Dövlət Gömrük Komitəsinə istinadэт xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,4 % az və 0,2 % çoxdur.
7 ay ərzində dəmiryolu nəqliyyatı ilə 490 milyon 64,18 min ABŞ dolları dəyərində 1 milyon 563 min 991,22 ton yük ixrac olunub, 1 milyard 276 milyon 578,5 min ABŞ dolları dəyərində 2 milyon 517 min 110,19 ton yük idxal edilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac olunan yükün dəyəri 2,9 %, həcmi isə 1,1 % azalıb, idxal olunan yükün dəyəri 1 % azalıb, həcmi isə 1 % artıb.
Auditorlar Palatasının 30 illik yubileyi münasibətilə fərdi jurnalist yazı və “Ən yaxşı auditor assistenti və mütəxəssisi”, “Ən yaxşı gənc auditor” müsabiqələrinin iştirakçıları mükafatlandırılıb FOTOLAR
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar