Bu ilin yanvar-iyul aylarında Azərbaycanda avtomobil nəqliyyatı ilə 7 milyard 705 milyon 844,13 min ABŞ dolları dəyərində 3 milyon 627 min 44,89 ton məhsul daşınıb.
“İki sahil” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bunlar, 2024-cü ilin eyni dövrünə nisbətən müvafiq olaraq 9,4 % və 10 % çoxdur.
Bu ilin 7 ayında avtomobil nəqliyyatı ilə 1 milyard 441 milyon 907,38 min ABŞ dolları (il ərzində 28 % artıb) dəyərində 1 milyon 541 min 67,56 ton (+22 %) yük ixrac olunub, 6 milyard 263 milyon 936,75 min ABŞ dolları (+5,8 %) dəyərində 2 milyon 85 min 977,34 ton (+2,4 %) yük idxal edilib.
Auditorlar Palatasının 30 illik yubileyi münasibətilə fərdi jurnalist yazı və “Ən yaxşı auditor assistenti və mütəxəssisi”, “Ən yaxşı gənc auditor” müsabiqələrinin iştirakçıları mükafatlandırılıb FOTOLAR
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar