Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edib.
“İki sahil” xəbər verir ki, təbrikdə deyilir:
Hörmətli Mehriban Arif qızı.
Sizə olan ən yüksək ehtiramımı və doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Sizə möhkəm cansağlığı, tükənməz enerji, çoxtərəfli fəaliyyətinizdə uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram.
Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında əməkdaşlığın inkişafına göstərdiyiniz daimi diqqətə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
İnanıram ki, Həştərxan vilayəti ilə Azərbaycan Respublikasını birləşdirən işgüzar tərəfdaşlıq, dostluq və qarşılıqlı hörmət bundan sonra da hərtərəfli şəkildə möhkəmlənəcəkdir.