Rusiya Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzrə danışıqlarda iştirak edəcək.
“İki sahil” xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens "NBC News"a deyib.
Vens əlavə edib ki, o, Rusiya-Ukrayna münaqişəsinin bir gecədə bitirməyin mümkün olmadığını başa düşür və Amerika Birləşmiş Ştatları diplomatik yolla problemin həllini axtarmağa davam edəcək.
Bundan əvvəl Amerikanın "The Wall Street Journal" qəzeti Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin dörd komponentdən ibarət olacağını öyrənib: hərbi əməliyyatların dayandırılmasına, hərbi mövcudluğa, hava hücumundan müdafiə və silahlara nəzarət.