ABŞ-ın vitse-prezidenti Cey Di Vens Ukraynadakı münaqişənin altı ay ərzində həll olunacağına ümid etdiyini bildirib.
“İki sahil” xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti "NBC News"a deyib.
"Qan tökülməsinin qarşısını almaq üçün fəal şəkildə diplomatiya aparan prezidentimiz var. Bu belə olmalıdır. Düşünürəm ki, amerikalılar bununla fəxr etməlidirlər. Nəticə nə olursa olsun, müharibə üç aya, ya da altı aya bitəcək, inşallah daha çox olmayacaq, biz fəxr etməliyik ki, qanı dayandırmağa çalışan prezidentimiz var", - deyə o qeyd edib.