ABŞ Prezidenti Donald Trampın ölkə başçımızı qarşılaması və ona qarşı səmimi münasibəti İlham Əliyevin böyük siyasi lider kimi qəbul etməsinin nəticəsidir.
“İki sahil” xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabinetində Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunan xüsusi iclasda çıxışı zamanı deyib.
O bildirib ki, Trampın Azərbaycan xalqını qüdrətli xalq adlandırması, simvolik olaraq Ağ evin açarını təqdim etməsi ikitərəfli münasibətlərin strateji mövqeyə yüksəldiyini müşahidə edirik:
"Azərbaycan 30 il işğal altında olan torpaqlarının sülh yolu geri qayıtmasını cəhd edib. ATƏT-in Minsk qrupu ilə aparılan danışıqlıqlar bir nəticə verməyib. Prezidentin uzaqgörən siyasəti nəticəsində dövlətimizin siyasi və iqtisadi qüdrəti güclənib. Nəhayət Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz işğal altında olan torpaqlarımızı azad elədi".
İƏT rəsmisi: Qarabağ Azərbaycanın əsas turizm və şəhərsalma mərkəzlərindən birinə çevrilə bilər
BƏƏ səfiri Azərbaycanla strateji tərəfdaşlıqdan və Qarabağdakı investisiya imkanlarından danışıb
Braziliya səfiri: Qarabağda yeni şəhər infrastrukturunun qurulması olduqca sürətlə aparılır