Energetika naziri Pərviz Şahbazov sentyabrın 12-də Samux, Gəncə, Şəmkir, Göygöl, Daşkəsən, Goranboy və Naftalan rayonlarından olan vətəndaşları qəbul edəcək.
“İki sahil” nazirliyə istinadla xəbər verir ki, qəbul saat 11:00-dan başlayaraq Samux rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ5102, Samux şəhəri, Heydər Əliyev prospekti) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1146, 1245) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova), minenergy@minenergy.gov.az elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Gəncə filialı (əlaqələndirici şəxs: Səbuhi Mürsəlov, əlaqə telefonu: (050) 287-21-21, elektron poçt ünvanı: office.ganja@regulator.gov.az), Tovuz filialı (əlaqələndirici şəxs: Elşad Rzayev, əlaqə telefonu: (077) 677-24-89, elektron poçt ünvanı: office.tovuz@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər.
Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də müraciət etmək mümkündür.
Auditorlar Palatasının 30 illik yubileyi münasibətilə fərdi jurnalist yazı və “Ən yaxşı auditor assistenti və mütəxəssisi”, “Ən yaxşı gənc auditor” müsabiqələrinin iştirakçıları mükafatlandırılıb FOTOLAR
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar