Fransanın Bakıdakı keçmiş səfiri Ann Buayon Azərbaycanı tərk edib.
“İki sahil” xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Vaxt nə tez gəlib keçir! Missiyamı başa vurduqdan sonra Fransanın Azərbaycandakı səfirliyinin möhtəşəm komandasını həyəcanla tərk edirəm. Fransa ilə Azərbaycan arasındakı münasibətlərə, eləcə də regionda sülh və əməkdaşlıq perspektivlərinə xidmət etməkdə Sofi Laqutun rəhbərliyi altında onlara uğurlar arzulayıram", - o yazıb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - YENİLƏNİB/FOTO
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər