Ermənistan və Azərbaycan arasında Vaşinqton razılaşmaları regiona daha geniş təsir göstərəcək tarixi dönüş nöqtəsidir.
“İki sahil” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Çinin Tiencin şəhərində keçirilən "ŞƏT+" sammitində bildirib.
"Avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə Azərbaycan Prezidenti ilə sülh bəyannaməsi qəbul etdik. Beləliklə, Ermənistan və Azərbaycan arasında sülh quruldu. Bu, regiona daha geniş təsir göstərəcək tarixi dönüş nöqtəsidir", - N.Paşinyan bildirib.
Onun sözlərinə görə, bu gün Azərbaycan və Ermənistan arasında ərazi bütövlüyü, suverenlik və yurisdiksiya prinsipləri əsasında nəqliyyat kommunikasiyalarının açılması məsələləri gündəlikdədir. Bu, nəqliyyat əlaqələri üçün həm beynəlxalq, həm də dövlətdaxili üstünlüklər qazandıracaq.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - YENİLƏNİB/FOTO
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər