2024-cü ildə Azərbaycanda ev təsərrüfatlarının mal və xidmətləri onlayn əldə etməmə səbəblərinin 47,4 %-i belə alışlara marağın olmaması ilə bağlıdır.
“İki sahil” Statistika Komitəsinə istinadən xəbər verir səbəblərin 26,7 %-i alışları şəxsən etməyə üstünlük verilməsi, 8,2 %-i texniki problemlərlə (məsələn, veb-saytlar, ödənişlərin edilməsində və ya çatdırılmasında problemlər), 5,8 %-i bu sahədə bilik və bacarığın olmaması, 4,9 %-i belə alışların təhlükəsizliyinə əmin olmamaqla, 3,7 %-i şəxsi məlumatların qorunmasına əmin olmamaqla, 3,3 %-i etibarlılıq problemləri (malın çatdırılması, yaxud dəyişdirilməsi, qaytarılması üçün zəmanətə şübhənin olması, yaxud belə zəmanətin ümumiyyətlə olmaması) ilə bağlıdır.