Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Rusiyaya dövlət səfəri edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Qazaxıstanın Moskvadakı səfiri Dauren Abayev bildirib ki, Tokayevin səfəri noyabrın 12-də reallaşacaq.
"Noyabrın 12-də Qazaxıstan Prezidenti Kasım-Jomart Kemeleviç Tokayevin Rusiyaya ilk dövlət səfəri baş tutacaq. Bu, beynəlxalq ikitərəfli tədbirin ən yüksək formasıdır. Biz buna böyük əhəmiyyət veririk", - Abayev səfirlikdə keçirilən görüşdə deyib.