10 sentyabr 2025 14:31
142

Ətraf mühitə və kommunal təsərrüfata ən çox vəsait ayrılıb

2024-cü ildə yerli xərclərin funksional bölgüsündə “Ətraf mühitin mühafizəsi” 33,8% ilə birinci yeri tutub. Daha sonra “Ümumi dövlət xidmətləri” (27,8%) və “Mənzil-kommunal təsərrüfatı” (27,4%) gəlir.

“İki sahil” xəbər verir ki, bu barədə “Dövlət auditi” bülleteninin 2025-ci il üçün ikinci buraxılışında dərc olunan məqaləsində Hesablama Palatasının şöbə müdiri Azim Abasov qeyd edib.

İqtisadi təsnifat üzrə isə yerli xərclərdə malların (işlərin və xidmətin) satınalınması (51,9%), əməyin ödənişi (26,5%) və qeyri-maliyyə aktivləri (14,1%) xərcləri daha böyük pay təşkil edib.