Hələlik Putin və Trampın telefon danışığının tarixi ilə bağlı konkret razılaşma yoxdur.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Xeyr, telefon danışığının tarixi ilə bağlı hələlik konkret razılaşmalar yoxdur”, - deyən Peskov onu da vurğulayıb ki, lazım gələrsə, belə bir söhbət çox tez razılaşdırıla bilər: "Bunun üçün bütün kanallar mövcuddur."