14 oktyabr 2025 16:55
219

Zelenski Odessa merini Ukrayna vətəndaşlığından məhrum etdi

Ukrayna prezidenti Vladimir Zelenski Odessa meri Gennadi Truxanovun ölkə vətəndaşlığından məhrum edilməsi haqqında fərman imzalayıb.

“İki sahil” xəbər verir ki, bu barədə TSN telekanalı məlumat yayıb.

"Odessa meri Truxanov Ukrayna vətəndaşlığından məhrum edilib", - məlumatda deyilir.

Zelenski bildirib ki, “bəzi şəxslərin Rusiya vətəndaşlığına sahib olduqları təsdiqlənib”. O, Telegram-da yazıb: "Onlarla bağlı müvafiq qərarlar hazırlanıb. Mən fərmanı imzalamışam".