Mərakeşdə keçirilən ralli zamanı qəzaya düşən portuqaliyalı motosikletçi Jorje Brandau ölüb.
“İki sahil”in "Mundo Deportivo"ya istinadən məlumatına görə, hadisə Erfud şəhəri ətrafında halqavarı trasda baş verib.
İdmançı rallinin sonuncu, V mərhələsində finiş xəttinə iki kilometr qalmış qəzaya düşüb. O, tibbi helikopterlə tez bir zamanda xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.