Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin 9 yüksəkrütbəli hərbçini vəzifəsindən azad edib.
“İki sahil” xəbər verir ki, bu barədə "The Wall Street Journal" Çin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, Çin lideri orduda korrupsiya və sədaqətsizliyə qarşı mübarizəni gücləndirmək məqsədi ilə ölkənin ikinci ən yüksək rütbəli generalını və digər səkkiz hərbçini istefaya göndərib.
Qeyd olunur ki, ölkənin çox nüfuzlu generallarından biri Xe Veydun da ordudan uzaqlaşdırılıb. Onun işdən çıxarılmasına səbəb kimi ciddi intizam pozuntuları və vəzifə səlahiyyətlərindən sui-istifadə göstərilib.