18 oktyabr 2025 12:37
125

“Lufthansa” hər həftə 100 daxili aviareysi ləğv etmək istəyir

“Lufthansa” aviaşirkəti Almaniyada uçuşların getdikcə bahalaşması, yüksək vergi və rüsumlarla mübarizə ilə əlaqədar aviareysləri azaltmağı planlaşdırır.

“İki sahil” “Bild” qəzetinə istinadla xəbər verir ki, şirkətin rəhbəri Karsten Şpor yerli mediaya açıqlamasında xərclərin 2019-cu ildən etibarən iki dəfə artması ilə əlaqədar gələn yay həftədə təxminən 100 daxili uçuşun ləğv olunacağını bildirib. O, yerli xərclərin azaldılmayacağı təqdirdə daha çox ixtisarın qaçılmaz olacağını vurğulayıb.

Şirkətin rəhbəri Münzen–Münster/Osnabrük və ya Münzen–Drezden kimi aviareyslərin təhlükə altında olduğunu, bu istiqamətlərdə uçuşların zərərlə həyata keçirildiyini bildirib.

Xarici uçuşlarla müqayisədə, daxili reyslər hələ də pandemiyadan əvvəlki səviyyəyə çatmayıb. Xüsusilə işgüzar səfərlərin sayı hələ də aşağıdır. Şirkətin qiymətləndirməsinə görə, bu, bir çox hallarda şəxsi görüşlər əvəzinə videokonfranslara üstünlük veriməsi ilə əlaqədardır.