18 oktyabr 2025 12:31
100

İran Ərdəbil vilayətində neft və qaz kəşfi aparır

Hazırda Azərbaycanla sərhəddə və İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətində neft və qaz kəşfi üzrə əməliyyatlar aparılmaqdadır.

“İki sahil” xəbər verir ki, bunu İranın Milli Neft Şirkətinin kəşflər üzrə idarəsinin müdiri Mohyeddin Cəfəri yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, kəşflər üzrə ikiölçülü və üçölçülü (2D və 3D) əməliyyatları həyata keçirilir.

Cəfəri deyib ki, Azərbaycanda neft hasilatı və neft rezervuarlarının mövcud olduğunu nəzərə alaraq Ərdəbil vilayətində yeni yataqların kəşf olunacağına ümidləri artırır.

Şirkət rəsmisi qeyd edib ki, hazırda ölkənin 26 vilayətində, o cümlədən Xuzistan, Fars, Ərdəbil, Şimali Xorasan, Cənubi Xorasan, Rəzəvi Xorasan, Kirmanşah, İlam və Buşehr vilayətlərində kəşf əməliyyatları aparılmaqdadır.

Qeyd edək ki, İranın bütün karbohidrogen ehtiyatı 1,2 trilyon bareldir. İran mövcud texnologiya avadanlıqları ilə onun 340 milyard barelini çıxara bilər. İran təxminən 30%-dən istifadə edə bilər və 70% yer altında istifadəsiz qalır.