18 oktyabr 2025 15:51
104

Günəşdə 47 dəqiqə davam edən iki partlayış baş verib

Oktyabrın 18-nə keçən gecə Günəşdə M güc sinfinə aid iki partlayış baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

Məlumata görə, M1.0 gücündəki partlayışlardan biri 26, digəri isə 21 dəqiqə davam edib.

Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X.