18 oktyabr 2025 17:19
128

Almaniya Qəzzaya hərbçi göndərəcək

Almaniya İsraillə HƏMAS arasında atəşkəs razılaşmasına əməl edilməsinə nəzarət etmək üçün Bundesverin üç hərbçisini İsrailə göndərəcək.

“İki sahil” xəbər verir ki, bu barədə yerli KİV-lər Almaniya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Bundesverin iki zabiti və bir briqada generalı gələn həftə İsrailə gedərək vəzifələrini "formada, lakin silahsız" yerinə yetirəcəklər. Onlar İsrailin cənubunda Hərbi-Mülki Əlaqələndirmə Mərkəzində işləyəcəklər", - qurumdan bildiriblər.

Mərkəzin tikintisi davam edir və orada ümumilikdə 200-ə yaxın hərbçi olacaq.

Mərkəz monitorinqlə yanaşı, Qəzza zolağına humanitar yardım tədarükünün əlaqələndirilməsi ilə məşğul olacaq.