18 oktyabr 2025 17:33
131

Bu aviaşirkət hər həftə 100 daxili reysi ləğv etmək istəyir

"Lufthansa" aviaşirkəti Almaniyada uçuşların getdikcə bahalaşması, yüksək vergi və rüsumlarla mübarizə ilə əlaqədar aviareysləri azaltmağı planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, şirkətin rəhbəri Karsten Şpor yerli mediaya açıqlamasında xərclərin 2019-cu ildən etibarən iki dəfə artması ilə əlaqədar gələn yay həftədə təxminən 100 daxili uçuşun ləğv olunacağını bildirib.

O, yerli xərclərin azaldılmayacağı təqdirdə daha çox ixtisarın qaçılmaz olacağını vurğulayıb.

Şirkətin rəhbəri Münzen–Münster/Osnabrük və ya Münzen–Drezden kimi aviareyslərin təhlükə altında olduğunu, bu istiqamətlərdə uçuşların zərərlə həyata keçirildiyini qeyd edib.